Bu il Azərbaycanda ümumi daxili məhsul istehsalı 2,4% artıb

Bu il Azərbaycanda ümumi daxili məhsul istehsalı 2,4% artıb
# 11 sentyabr 2014 08:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 39,2 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% çox ümumi daxili məhsul istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3% artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9%-dən 57,3%-dək yüksəlib.

ÜDM-in 61,9%-i istehsal sahələrində, o cümlədən 45,0%-i sənayedə, 11,8%-i tikintidə, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,0%-i isə xidmət sahələrinin payına düşüb.

Xidmətlər sektorunda əlavə dəyər istehsalının 25,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,8%-i nəqliyyat və anbar təsərrüfatı, 6,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,3%-i informasiya və rabitə xidmətləri göstərən sahələr, 47,0%-i isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR