Fazil Mustafanın yeni kitablarının imza mərasimi keçirilib - VİDEO

Fazil Mustafanın yeni kitablarının imza mərasimi keçirilib - <span style="color: red;">VİDEO
# 06 dekabr 2014 13:38 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Fazil Mustafa 2014-cü ildə çap olunan - "Zamanı tələsdirənlər", "Azərbaycan türkünün iman davası" və "Azərbaycanda türk kimliyi və saxta tarix problemi" adlı 3 kitabının imza mərasimini keçirib.

APA TV-nin xəbərinə görə, millət vəkili bildirib ki, bu mərasimdə əvvəlki illərdə çap olunan kitabları da tanıtma imkanı əldə ediblər: "Əsas məqsədimiz imza mərasimindən daha çox insanları kitab oxumağa alışdırmaq, kitab satış yerlərinə baş çəkmək vərdişi yaratmaq, insanlarda kitab sevgisini artırmaqdır".

Millət vəkili bildirib ki, çap olunan "Azərbaycanda türk kimliyi və saxta tarix problemi" kitabı ilə Azərbaycanda tarixə yeni baxış metodologiyası təqdim edilib, ənənəvi tarix doktrinasından fərqli mövqe ortaya qoyulub.

Sonda Fazil Mustafa oxucular üçün kitablarını imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR