Təhsil naziri: Türkiyədə 8 minə yaxın azərbaycanlı tələbə ali təhsil alır

Təhsil naziri: Türkiyədə 8 minə yaxın azərbaycanlı tələbə ali təhsil alır
# 29 noyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Türkiyədə 8 minə yaxın azərbaycanlı tələbə ali təhsil alır.

APA-nın xəbərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin təhsil naziri Nabi Avcı keçirdiyi mətbuat konfransında deyib ki, onların yataqxana problemləri var.

Nazir qeyd edib ki, əvvəllər onlar üçün ayrı yataqxana torpaqlarının təsis edilməsi təklif olunub. N. Avcının sözlərinə görə, ancaq azərbaycanlı tələbələr türk tələbələrlə birlikdə eyni yataqxanalarda qalmaq istəyiblər: “Biz də bu mövzuda işlərə başlamışdıq. Gənclər və İdman Nazirliyimiz mövzu üzərində çalışır. Gələn dərs ilindən azərbaycanlı tələbələr mümkün olduğu qədər türk tələblərlə eyni yataqxanalarda yerləşdiriləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR