İsrail və Fələstin 3 günlük atəşkəs barədə razılığa gəliblər

İsrail və Fələstin 3 günlük atəşkəs barədə razılığa gəliblər
# 05 avqust 2014 03:58 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, tərəflər arasında əldə olunmuş yeni atəşkəs rejimi bu gün Bakı vaxtı ilə 14.00-dan qüvvəyə minəcək.

Qeyd edək ki, bundan əvvəl, avqustun 1-də Qəzza zolağında 3 günlük atəşkəs əldə olunmuşdu, lakin razılaşma “HƏMAS” qruplaşması tərəfindən pozulmuşdu.

Bundan başqa, bu günlərdə Misirin təşəbbüsü əsasında hər iki ölkənin nümayəndə heyətlərinin Qahirədə görüşü gözlənilir. Görüşdə geniş əhatəli atəşkəs sazişi çərçivəsində qarşıdurmanın dərhal dayandırılması məsələsi müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR