Bağdadda silsilə partlayışlar nəticəsində onlarla insan həlak olub

Bağdadda silsilə partlayışlar nəticəsində onlarla insan həlak olub
# 18 oktyabr 2014 00:46 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəl şəhərin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Bundan bir qədər sonra minalanmış avtomobil Bağdadın Mədinət-əs-Sədr bölgəsində partladılıb, 10 nəfər həlak olub, 20-dən çoxu yaralanıb. Üçüncü terror aktı şəhərin şərq hissəsində qeydə alınıb, burada 14 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Paytaxtın şimal hissəsində, əhalinin sıx olduğu küçədə baş vermiş partlayış nəticəsində isə 35 nəfər ölüb və yaxud yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR