AFFA “Bakı”nın məşqçisini cəzalandırıb

AFFA “Bakı”nın məşqçisini cəzalandırıb
# 30 sentyabr 2014 10:11 (UTC +04:00)

Bakı - APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VII turunun oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

“Bakı” - “Araz Naxçıvan” matçının 78-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. Bu üzdən 1 oyun cəzalanan çalışdırıcı klubunu 1000 manat ziyana salıb.

“Neftçi” - “Qarabağ” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. AZAL - “İnter” matçında hər iki komandanın 4 futbolçusu xəbərdarlıq aldığından, onlar ad eyni cəriməni ödəyəcək. “Xəzər Lənkəran”la ev oyununda 4 sarı vərəqə alan “Qəbələ” də 1000 manat ödəməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR