® “Changan” şirkəti Bakıda CS75 modelini təqdim edib - FOTOSESSİYA

<font color=red>® </font>“Changan” şirkəti Bakıda CS75 modelini təqdim edib - <span style="color: red;">FOTOSESSİYA
# 15 oktyabr 2014 08:21 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bununla da “Changan” şirkəti Azərbaycanda olan model sırasını genişləndirib. Bu hadisə həm də Azərbaycan alıcılarının Çin brendləri ilə daha yaxından tanış olmasına səbəb olub.

İstehsalçının digər modelləri kimi Changan CS75 müasir dizayna, yüksək təhlükəsizliyə, kifayət qədər geniş salona, rahat idarəolunma və komforta həmçinin güclü mühərrikə sahibdir ki, bu da Azərbaycan alıcısının bütün tələblərinə cavab verir. Artıq əminliklə söyləmək olar ki, Azərbaycanın SUV bazarına yeni ulduz əlavə olunub.

Qeyd edək ki, 2013-cü ildə Frankfurt avtosalonunda orta həcmli krossover Changan CS75-in dünya təqdimatı baş tutub. Elə ilk gündən yeni model həm mütəxəssislərinin, həm də avtomobil həvəskarlarının böyük marağına səbəb olub.

Qabaqcıl üslub

CS75 avtomobili müasir, təkrar olunmaz və dinamik üsluba malikdir. Kuzanın özünəməxsus xəttləri avtomobilin hər an irəli atılmağa hazır olduğuna dəlalət edir. Bununla yanaşı, avtomobilin aerodinamik müqavimət əmsalı cəmi 0,369-dur. İncə xromlaşma və hər bir xırda detalın dəqiq işlənməsi avtomobil haqda unudulmaz təəssüratlar yaradır.

Yüksək effektli təhlükəsizlik

Changan CS75 C-NCAP reytinqində 5 ulduza layiq görülüb. Avtomobil elektron istiqamət dayanıqlığı sistemi, təkərlərdə təzyiqə nəzarət sistemi (TPMS), 6 ədəd park etmə radarı, vizual smart parkinq sistemi, sağ tərəfdən yolun görünməyən hissəsinə nəzarət sistemi, 6 ədəd təhlükəsizlik yastığı ilə təchiz edilib və sürücü həmçinin sərnişinlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Bundan əlavə, Changan CS75 qəza zamanı avtomobili asanlıqla tərk etməni təmin edən sistemə malikdir.

Geniş salon

Öz sinfində digər krossoverlərlə müqaisədə Changan CS75 ölçüləri baxımından böyük üstünlüyə malikdir və geniş salona qiymət verən alıcının tələblərinə uyğundur.

Uzunluğu 4650 mm

Eni 1850 mm

Hündürlüyü 1705 mm

Bundan əlavə, CS75 böyük təkər bazasına malikdir (2700 mm). Arxa oturacaqlar qatlanan zaman yük yerinin uzunluğu 1,9 metrə çatır ki, burada iki böyük insan yan-yana uzana bilər.

Rahat idarəolunma

CS75 ikiqat səs izolyasiyasına malikdir. Salonda səsin səviyyəsi 37 DB-dən aşağıdır. Avtomobil öz sinfində ən zəngin təchizata malikdir. Hətta baza komplektinə elektron parkinq sistemi EPB, sükanın elektrik gücləndiricisi EPS, dayanıqlığa nəzarət sistemi ESP, yolun görünməyən hissəsinin monitorinq sistemi və s. daxildir. Avtomoblin konstruksiyası ucaboylu sərnişinlərin belə rahat səyahətinə imkan verir.

Güclü mühərrik

CS75 şirkətin öz məhsulu olan 1.8 litrlik 177 at güclü Blue Core turbo mühərrikə malikdir. Maksimal güc 130 kVt / 5000-5500 dövr/dəq, maksimal fırlanma anı 230 Nm/ 5000 dövr/dəq. Avtomobil yapon istehsalı olan 6 pilləli AİSİN (Ayzen) transmissiyası ilə təchiz edilir.

Çində keçirilən testlərin nəticəsi - yanacaq sərfi 8 litr/100 km.

Unikal dizayna, effektli təhlükəsizliyə, sürüş zamanı yüksək rahatlıq səviyyəsinə və əla yürüş keyfiyyətinə malik olan Changan CS75 1,8T 6AT Elite komplektasiyasında Azərbaycanda 20 900 manata təqdim olunur. Kredit üçün ilk ödəniş 5220 manatdan başlayır. Aylıq ödəniş 414 manatdan başlayır. Kredit müddəti 1-5 il. Zəmanət 3 il və ya 80 000 km.

Rəsmi diller

Changan markasının Azərbaycanda rəsmi dilleri "Sirena Motors" şirkətidir. Məhz "Sirena Motors"un salonlarından siz Changan avtomobillərini 10% ilkin ödənişlə əldə edə bilərsiz.

Ətraflı məlumat üçün1630 nömrəsinə zəng edin və ya www.sirenamotors.az saytına daxil olun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR