Beynəlxalq ekspert ADİU-da Biznes İnkubatorlar üzrə "master-klass" keçib - FOTO

Beynəlxalq ekspert ADİU-da Biznes İnkubatorlar üzrə "master-klass" keçib - <span style="color: red;">FOTO
# 06 noyabr 2014 13:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Avropa İttifaqının maliyyələşdirdiyi “Corporate Solution” təşkilatının Biznes İnkubatorlar üzrə eksperti Devid Konvey Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatoru (İBİ) ilə tanış olub.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, D. Konvey ali məktəbdə yaradılmış biznes-inkubator modelinin Avropada fəaliyyət göstərən biznes-inkubatorlardan geri qalmadığını bildirib.

O gələcəkdə digər universitetlərdə də bu cür biznes-inkubatorların yaradılmasının önəmini vurğulayıb.

Kiçik və orta sahibkarlığın dəstəyi və biznes-inkubatorlar sahəsində 25 ildən artıq təcrübəyə malik olan D. Konveyin məsləhətçi olaraq İBİ ilə əməkdaşlıq etməsi haqda razılıq əldə olunub.

Sonra D. Konvey startapçılara "master-klass" keçib. O, ABŞ və Avropa Birliyi ölkələrində startap, sahibkarlıq və biznes-inkubator təcrübəsindən danışaraq, bu sahədə olan zəngin təcrübəsini startapçılar və Enactus-ADİU üzvləri ilə paylaşıb. Ekspert ADİU-da yaradılan İnnovativ Biznes-İnkubatorun ölkədə gənclər arasında sahibkarlığa dəstək siyasətinin həyata keçirilməsinin bariz nümunəsi olmaqla yanaşı, tələbə təşəbbüskarlığı, müxtəlif sahələri əhatə edən startaplar, peşəkarlardan ibarət ekspertlər şurası, müxtəlif təlim və treninqlərin keçirilməsi, universitet himayədarlığı və başqa cəhətlərinə görə digər startaplardan fərqləndiyini bildirib.


D. Konveyin “Marketinq strategiyası” mövzusunda növbəti "master-klassı"nın dekabr ayının ortalarında keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR