İraq prezidenti: “İŞİD asanlıqla yer üzündən silinə bilər”

İraq prezidenti: “İŞİD asanlıqla yer üzündən silinə bilər”
# 05 sentyabr 2014 09:09 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Əgər İraq, ABŞ və qonşu ölkələr arasında əməkdaşlıq və koordinasiya davamlı olarsa, “İslam Dövləti” yaraqlıları asanlıqla yer üzündən silinə bilər”.

APA-nın “Russia Today”ə istinadən verdiyi xəbərə görə bunu İraq prezidenti Fuad Məsum CNN-nə müsahibəsində bildirib.

“Bu terrorçularla döyüşmək üçün mən İraqa daha çox dəstək verilməsini istərdim, çünki indi İraqda vəziyyət çox ağırdır” - Məsum qeyd edib.

İraq prezidenti İŞİD-in İraqı məğlub edəcəyi halda, bu terrorçuların daha sonra digər ölkələri hədəfə alacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR