Azərbaycan prezidenti Gəncə şəhərinə 10 milyon manat ayırıb

Azərbaycan prezidenti Gəncə şəhərinə 10 milyon manat ayırıb
# 21 oktyabr 2014 16:25 (UTC +04:00)

APA-nın məlumatına görə, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi üçün dövlət büdcəsindən Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR