Robert Porsineçki dostunu Azərbaycan millisinə gətirir

Robert Porsineçki dostunu Azərbaycan millisinə gətirir
# 25 noyabr 2014 13:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının baş məşqçisi postuna ən real namizəd olan Robert Porsineçki ilə Bakıya gələn şəxsin kimliyi müəyyənləşib. Apasport.az xəbər verir ki, bu, Stipe Lapiçdi.

Ölkəsində kifayət qədər tanınan sabiq müdafiəçi Prosineçkinin yaxın dostudur. Əgər AFFA rəhbərliyi xorvatiyalı mütəxəssis baş məşqçi postuna gətirərsə, böyük ehtimalla Lapiç də onun köməkçilərindən biri olacaq.

Qeyd edək ki, futbolçu kimi müdafiədə çıxış edən Stipe Lapiç karyerasını yenicə bitirib. O, peşəkar karyerasına Zaqreb “Dinamo”sunda başlayıb. 2003-2004-cü illərdə burada çıxış etdikdən sonra Rusiyanın “Kuban” klubuna transfer olunub. Sonra isə Avstriyanın “Paşinq” klubuna keçən Lapiç bu komandada cəmi 2 oyuna çıxıb. Karyerasının ən uğurlu vaxtını Modlova “Zimbru”sunda keçirən sabiq müdafiəçi orada 2005-2007-ci illər ərzində 36 oyunda meydana çıxıb.

2007-ci ildə isə o vətəninə dönüb və “Şibenik” (2007-2008), “Slaven Bolupo” (2008-20009) komandalarında oynadıqdan sonra Cənubi Koreya çempionatına üz tutub. “Qanqou” klubunda 2 mövsüm çıxış edib və 2011-ci ildə Xorvatiyaya qayıdıb. 2011-2012-ci illərdə “Zaqreb” klubunda çıxışı edib. Yenidən legioner həyatı yaşamağa başlayan Lapiç Çinin “Yanbyan Çanbayxu” klubuna keçib. Bir ildən sonra isə bu ölkənin digər klubu “Çunçin”in şərəfini qoruyub. 6 ay öncə isə o, futbolçu karyerasına son verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR