Prezident İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul edib

Prezident İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul edib
# 01 oktyabr 2014 11:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.

APA – nın məlumatına görə, görüşdə Azərbaycanla İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirilib.

Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışılıb, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun önəmi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR