Turan Cavidin doğum günü münasibətilə tədbir keçirilib

Turan Cavidin doğum günü münasibətilə tədbir keçirilib
# 02 oktyabr 2009 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan dramaturgiyasının banisi Hüseyn Cavidin qızı mərhum Turan Cavidin doğum günü qeyd edilib. APA-nın məlumatına görə, Hüseyn Cavidin Ev Muzeyində keçirilən tədbirdə Turan Cavidə həsr olunmuş sərgi nümayiş etdirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Gülbəniz Babaxanlı qonaqları salamlayıb və Turan xanımın bu muzeyin yaradılmasında misilsiz əməyindən söz açıb. Tədbirdə Salatın Əhmədlinin müəllifi olduğu “Hüseyn Cavidin Ev Muzeyi” adlı kitabın da təqdimat mərasimi keçirilib. Kitabda muzeyin yaranma tarixindən, eksponatlardan, muzeyə verilmiş hədiyyələrdən və Hüseyn Cavidin Bakıdakı və Naxçıvandakı ev muzeylərindən bəhs olunur. Kitabın elmi redaktoru professor Cəlal Qasımov, redaktoru Gülbəniz Babaxanlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR