Azərbaycanda qeyri-metal mineral maddələrin istehsalı müəssisələrində istehsalın həcmi 4% artıb

Azərbaycanda qeyri-metal mineral maddələrin istehsalı müəssisələrində istehsalın həcmi 4% artıb
# 26 oktyabr 2009 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk üç rübü ərzində Azərbaycanda əsasən tikinti materiallarının istehsalı ilə məşğul olan qeyri-metal mineral maddələrin istehsalı müəssisələrində istehsalın və xidmətlərin həcmi 3,8% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hazırda tikinti materiallarının 96,8%-i özəl bölmədə istehsal olunur.

Bununla yanaşı, 2009-cu ilin yanvar-sentyabr aylarında metallurgiya və hazır metal məmulatlarının istehsalı müəssisələrində istehsalın 49,1%-i qeyri-dövlət bölməsinin payına düşüb.

Cari ilin yanvar-avqust aylarında qeyri-metal mineral maddələrin istehsalı ilə məşğul olan müəssisələrdə isə 9 744 nəfər çalışıb və onların orta aylıq əmək haqqı 5% artaraq 347,3 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR