Həmyerlisini odlu silahla yaralayan Yevlax sakini polisə könüllü təslim olub

Həmyerlisini odlu silahla yaralayan Yevlax sakini polisə könüllü təslim olub
# 17 aprel 2010 10:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Odlu silahla həmyerlisini öldürməyə cəhd edən Yevlax rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 16-da saat 13:30 radələrində, Yevlax rayonu ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Qurbanov münaqişə zəminində tapançadan atəş açaraq tanışı Rafael Rəfiyevi yaralayaraq hadisə yerindən qaçıb.

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Qurbanov könüllü olaraq polisə gəlib, hadisəni törədərkən istifadə etdiyi səsboğucusu olan 1 ədəd nömrəsiz “Makarov” tipli tapançanı və 5 ədəd gülləni polisə təhvil verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR