Azərbaycanda Müstəqillik günü qeyd olunur
18 oktyabr 2010 06:55 (UTC +04:00)
Ali Sovetin oktyabrın 18-də keçirilən tarixi sessiyasında isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.
1991-ci il dekabrın 29-da isə referendum keçirilib. Xalq bülletenə daxil edilmiş suala – “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” sualına yekdilliklə tərəfdar çıxıb. Beləliklə, 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşüb.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.
Artıq 19 ildir, Azərbaycan 18 oktyabrı bayram kimi qeyd edir. Bununla belə, 18 oktyabr ölkədə qeyri-iş günü sayılmır.

Daxili siyasət
Deputat: Şuşa Zəfər tariximizdə dünyaya iradəmizi nümayiş etdirdiyimiz simvola çevrildi
10:58
13 may 2024
İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
20:41
11 may 2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib - FOTO
20:33
11 may 2024
MSK sədri COP29-a görə parlament seçkilərinin irəli çəkilə biləcəyini açıqlayıb
13:26
10 may 2024