Rusiya qoşunları Gürcüstanın Perevi kəndini tərk ediblər

Rusiya qoşunları Gürcüstanın Perevi kəndini tərk ediblər
# 18 oktyabr 2010 23:48 (UTC +04:00)
Bakı-APA. Bazar ertəsi axşam Rusiya hərbçilərinin sonuncu qrupu Gürcüstanın Saçxer rayonunun Perevi kəndini tərk edib.

«Gürcü polisi Perevi kəndinə tam nəzarət edir», deyə Gürcüstan DİN rəsmi nümayəndəsi Şota Utiaşvili bildirib.

Ötən həftə Cenevrədə keçirilən Qafqazda sabitlik və təhlükəsizliyə dair diskussiyalarda Rusiya nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya sərhədçilərinin Perevi kəndindən çıxarılacağını bildirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR