Bakı-APA. Noyabrın 13-də İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatına start verilib.
Apasport.az saytının məlumatına görə, noyabrı 22-dək davam edəcək yarışda həm kişilərdən, həm də qadınlardan ibarət yığmalarımız mübarizə aparacaqlar.
Hazırkı titulun sahibi olan Aleksandr Halifmanın komandası ilk turda Sloveniya ilə üz-üzə gəlib. 36 yığma arasında reytinqinə görə üçüncü olan Teymur Rəcəbov (2739), Arkadi Naydiç (2689), Rauf Məmmədov (2653) və Eltac Səfərlidən (2657) ibarət millimiz qələbə qazanıb. Teymur Rəcəbov və Rauf Məmmədovun heç-heçə oynadığı matçda Naydiç və Eltac Səfərlinin qələbəsi ümumi hesabı millimizin xeyrinə yekunlaşdırıb - 3:1.
Qadınlardan ibarət komandamız isə ilk sınağında qalib gələ bilməyib. Fikrət Sideifzadənin rəhbərliyi altında Zeynəb Məmmədyarova (2235), Ülviyyə Fətəliyeva (2294), Gülnar Məmmədova (2303) və Nərmin Kazımovadan (2323) ibarət millimiz I turda Belçika ilə heç-heçə oynayıb.
Nərmin Kazımova və Ülviyyə Fətəliyevanın qələbəsi fonunda Zeynəb Məmmədyarova və Gülnar Məmmədovanın məğlubiyyəti yekunda 2:2 hesablı bərabərliyi elan edib.
Avropa çempionatı
13 noyabr
I tur
Kişilər
SLOVENİYA (21) – AZƏRBAYCAN (3) - 1:3
Aleksandr Belyavski (2622) - Teymur Rəcəbov (2739) - 0.5:0.5
Luka Leniç (2625) - Arkadi Naydiç (2689) - 0:1
Yure Borisek (2565) - Rauf Məmmədov (2653) - 0.5:0.5
Matey Şebenik (2528) - Eltac Səfərli (2657) - 0:1
Qadınlar
BELÇİKA (28) - AZƏRBAYCAN (13) - 2:2
Hanne Qussens (2184) – Zeynəb Məmmədyarova (2235) - 1:0
Yuliya Morozova (1995) - Gülnar Məmmədova (2303) - 1:0
Vebke Barbye (1980) – Nərmin Kazımova (2323) - 0:1
Astrid Barbye (1819) – Ülviyyə Fətəliyeva (2294) - 0:1