ABŞ-da 27 avtomobil toqquşub, 15 nəfər xəsarət alıb

ABŞ-da 27 avtomobil toqquşub, 15 nəfər xəsarət alıb
# 22 avqust 2016 02:06 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Corciya ştatında yağan güclü yağış və külək nəticəsində 27 maşın eyni vaxtda toqquşub.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər. Qəzadan sonra yolun hər iki istiqamətində hərəkət dayanıb.

Hazırda Bartou dairəsinin xilasedici qüvvələri yol-nəqliyyat hadisəsinin fəsadlarını aradan qaldırmağa çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR