Lənkəran rayonunun daha 4 kəndinə qaz verilib

Lənkəran rayonunun daha 4 kəndinə qaz verilib
# 22 fevral 2013 13:51 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Lənkəran rayonunun Rvo, Narbağı, Parakənd və Qurumba kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

«APA-Economics»in məlumatına görə, Lənkəran rayon İcra Hakimiyyəti, ARDNŞ-in «Azəriqaz» İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, ümumilikdə 749 abunəçisi olan bu kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 8 870 metr olan müxtəlif diametrli metal, 28 283 metr isə polietilen borular çəkilib, 749 sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR