AMEA Şərqşünaslıq İnstitutunun direktoru: “İslam mədəniyyəti güclü xarici təsirlərə məruz qalır”

Bakı – APA. “Son dövrlər İslam mədəniyyəti güclü xarici təsirlərə məruz qalır”. APA-nın məlumatına görə, bunu bu gün Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Cəmiyyətin həyatında multikulturalizm” mövzusunda dəyirmi masada çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva söyləyib.
Gövhər Baxşəliyeva “Müsəlmanların məsumiyyəti” filmi və bununla bağlı baş verən olayların bunu ortaya qoyduğunu deyib. O, Qurani-Kərimdəki bir çox surələrdə dinlərarası dialoqun, tolerantlığın əksini tapdığını da vurğulayıb.
Türkiyənin Mərmərə Qrupunun prezidenti Mehmet Akkan Süver isə bildirib ki, dinlərarası dialoqla müqayisədə dindarlar arasında dialoqu daha vacib sayır: “Dindarlar arasındakı dialoq daha rasional nəticə verə bilər”.

Din

Papa Fransiskin tənəffüs problemi davam edir

Hicran Hüseynova erkən nikahlarla bağlı Dövlət Komitəsini sərt tənqid edib

QMİ sədri Özbəkistana səfərə gedir