Təhsil Nazirliyi məktəb direktorlarının mərkəzləşmiş müsabiqə nəticəsində işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib.
Nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov APA-ya açıqlamasında deyib ki, hazırda məktəb direktoru seçimində ən obyektiv seçim mərkəzləşmiş müsabiqə yoludur: "Daha rəqabətli şəraitdə mərkəzləşmiş müsabiqənin keçirilməsi işəgötürən olaraq Təhsil Nazirliyinə ən ədalətli və obyektiv seçim imkanlarını verir. Bu il müsabiqənin test imtahanı mərhələsi artıq başa çatıb. Müsahibələr bir neçə aydır davam edir. Bu müsabiqə vasitəsilə ümumilikdə 200-ə yaxın namizəd direktor vəzifəsinə təyin olunub”.