Bakı metrosunda ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Bakı metrosunda ölən şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 11 may 2016 09:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda metroda ölən sərnişinin şəxsiyyəti müəyyənləşib.

Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, araşdırmalar nəticəsində dünyasnı dəyişən şəxsin, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Həsənov Emin Hüseynağa oğlu olması müəyyən edilib. E. Hüseynov həkim olub. İlkin ehtimala görə, o ürəktu tmasından vəfat edib.

***

Saat 10.04

Bakı. Hafiz Heydərov – APA. Bakı metrosunda ölüm hadisəsi baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib: “Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o dünyasını dəyişib. Hazırda araşdırma aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR