Macarıstan hökuməti Sorosu ölkəyə qarşı kampaniya aparmaqda günahlandırıb

Macarıstan hökuməti Sorosu ölkəyə qarşı kampaniya aparmaqda günahlandırıb
# 20 may 2016 09:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Macarıstan hökumətinin dövlət naziri Yanoş Lazar son vaxtlar Macarıstan hökumətinə qarşı aparılan kampaniyanın arxasında əslən Macarıstandan olan amerikalı milyarder Corc Sorosun dayandığını iddia edib.

APA-nın “Blomberg HT”yə istinadən verdiyi məlumata görə, Y. Lazar maliyyə spekulyantı C. Sorosun ABŞ Demokratlar Partiyası üzərində ciddi təsiri olduğunu və son zamanlar macar hökumətinə qarşı açıqlamaların arxasında onun dayandığını söyləyib: “Corc Soros Demokratlar Partiyasının aktiv dəstəkçilərindən biridir. Klinton cütlüyünün patronu olan bu şəxs öz mövqeyini qəbul etdirmək üçün hər şey edir".

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton bu yaxınlarda Macarıstan hökumətini tənqid edib. O bildirib ki, Polşa və Macarıstan ABŞ və “soyuq müharibə”də qələbə olmadan bu gün müstəqil ola bilməzdi. Klinton əlavə edib ki, onlar indi demokratiyanın qarışıq bir sistem olduğunu iddia edərək Putin idarəçiliyinə bənzər idarəçilik qurmaq istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR