Musiqi məktəbinin direktoruna töhmət verilib

Musiqi məktəbinin direktoruna töhmət verilib
# 17 may 2016 11:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə olan 4 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Aybəniz Qocayevaya vəzifəsini və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib.

İdarədən APA-ya verilən məlumata görə, intizam tənbehlərinin verilməsi idarənin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR