Azərbaycan prezidenti Malta prezidenti ilə görüşüb

Azərbaycan prezidenti Malta prezidenti ilə görüşüb
# 26 aprel 2016 15:48 (UTC +04:00)

Bakı-APA. Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev Malta prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb.

APA-nın xəbərinə görə, Azərbaycanla Malta arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sahələrinin mövcud olduğunu bildirib.

Malta prezidenti Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyəti, yüksək səviyyədə təşkili və tədbirin açılışında prezident İlham Əliyevin məzmunlu çıxışının yaratdığı yüksək təəssüratdan danışıb. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin önəmini vurğulayan Malta prezidenti ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq perspektivlərinə də toxunub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR