MTRŞ: Özəl teleradio yayımçılarına ayrılan maliyyə bərabər əsaslarla bölüşdürüləcək

MTRŞ: Özəl teleradio yayımçılarına ayrılan maliyyə bərabər əsaslarla bölüşdürüləcək
# 13 may 2016 10:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Özəl teleradio yayımçılarına ayrılan birdəfəlik maliyyə yardımı bərabər əsaslarla bölüşdürüləcək”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Prezidentin ehtiyat fondundan MTRŞ-ya 2 milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR