DİN polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb

DİN polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb
# 02 may 2016 10:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 1-də saat 07.30 radələrində Zaqatala RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR