Sahib Ələkbərov: "Bəzi sahibkarlar yoxlamaların azalmasından sui-istifadə edir"

Sahib Ələkbərov: "Bəzi sahibkarlar yoxlamaların azalmasından sui-istifadə edir"
# 18 may 2016 09:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın vergi orqanlarında islahatlar davam edir.

"APA-Economics" xəbər verir ki, bunu bu gün Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib.


Onun sözlərinə görə, həm qanunvericilik, həm də vergi inzibatçılığında islahatlar davam edir: "Bu islahatlar büdcənin vergi daxilolmalarının artırılmasına xidmət edir. Dörd ayın nəticələrinə görə, vergi daxilolmaları ilə bağlı proqnoz tapşırığa 104,8% əməl edilib. Bu, gərgin əmək sayəsində mümkün olub. Sahibkarlarımızın vergi yükü kifayət qədər azaldılıb. Sahibkarlıq subyektlərində bütün yoxlamalar dayandırılıb. Beynəlxalq təşkilatlar, maliyyə təşkilatlar da qeyd edirlər ki, Azərbaycanda vergi yükü digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Lakin bəzi sahibkarlar yoxlamaların azalmasından sui-istifadə edir ki, bu da büdcəyə təsir edir. Vergi orqanları şəffaf şəkildə fəaliyyət göstərir. Sahibkarlar da fəaliyyətlərini şəffaflıq prinsipləri üzərində qursalar, inandırım siz iki, vergi daxilolmaları faizlə yox, dəfələrlə artar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR