Malta XİN rəhbəri: “Müəyyən tələblər yerinə yetirildikdən sonra viza sadələşdirilməsinə keçə bilərik”

Malta XİN rəhbəri: “Müəyyən tələblər yerinə yetirildikdən sonra viza sadələşdirilməsinə keçə bilərik”
# 29 aprel 2016 11:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Biz Avropanın Qonşuluq Siyasətinə xüsusi diqqət yönəldəcəyik”.

APA-nın məlumatına görə, bunu Malta xarici işlər naziri Corc Vella azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Maltanın 2017-ci ildə Avropa İttifaqına sədrlik edəcəyini xatırladan nazir bildirib ki, Niderland, Slovakiya və Malta qonşuluq siyasətinə dair sənəd ortaya qoyub: “Bu sənəddə göstərilir ki, siyasətimiz Şərq Tərəfdaşlığına daha çox diqqət yetirməlidir. Avropa İttifaqının siyasəti əvvəlkindən fərqlənəcək. Hər bir ölkəyə uyğun proqramlar ortaya qoyacağıq. Hər bir ölkən götürdüyü öhdəliklərə riayət etməlidir. Müəyyən tələblər yerinə yetirildikdən sonra viza sadələşdirilməsinə keçə bilərik. Böyük ümidlə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ilə bağlı növbəti toplantısında azərbaycanlı həmkarımı gözləyəcəyəm. Azərbaycanın viza sadələşdirilməsi sahəsində irəli getmək istəyini başa düşürəm. İnsanlar arasında əlaqə çox vacibdir. Bu münasibət nə qədər çox olsa, bir o qədər ölkənin real potensialını başa düşə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR