Çində hərbi təyyarə fabrikin üstünə düşüb

Çində hərbi təyyarə fabrikin üstünə düşüb
# 11 may 2016 20:16 (UTC +04:00)

Bakı-APA. Çinin Tayçjou şəhərində Hərbi-Dəniz Qüvvələrinə məxsus qırıcı tikiş fabrikinin üstünə düşüb.

APA-nın TASS agentlyinə istinadən verdiyi məlumata görə, təyyarənin pilotu katapult edib.Onun həyatına təhlükənin olmadığı bildirilir.

İnsident zamanı fabrikdə güclü yanğın baş verib. Müəssisədə iş vaxtı bitdiyindən yanğın zamanı zərərçəkən olmayıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR