Marneulidə sınaq imtahanları keçirilib - FOTOSESSİYA

Marneulidə sınaq imtahanları keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 may 2016 12:15 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Bazar günü Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı, Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin, Marneuli Təhsil Resursları Mərkəzinin вя “SOCAR”-ın dəstəyi ilə Marneulidəki “AtaHoldinq” İdman kompleksində “1+4” proqramı çərçivəsində gürcü ali məktəblərinə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlər üçün sınaq imtahanları keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sınaq imtahanlar iki mərhələdə keçirilib və imtahanda 250 nəfər abituriyent iştirak edib.

Tədbirdə çıxış edən Gürcüstan Təhsil Nazirliyinin Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin məntiq qrupunun rəsmisi Maia Qabunia, Marneuli Gənclər Mərkəzinin rəhbəri Rəna Gülməmmədova və Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Ruslan Hacıyev sınaq imtahanının iştirakçılarına iyulun 1-dən 23-dək keçiriləcək qəbul imtahanlarında yeni qaydalar haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, bu il qəbul imtahanları elektron formada keçiriləcək.

Sınaq imtahanlarının gedişinə Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin məntiq qrupunun rəsmisi Maia Qabunia və Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Ruslan Hacıyev, MGM-nin rəhbəri Rəna Məmmədova, layihə koordinatoru Emin Əhmədov və başqaları iştirak nəzarət ediblər.

Qeyd edək ki, Marneulidə üçüncü dəfədir ki, azərbaycanlı abituriyentlərin sınaq imtahanları keçirilir.

Milli İmtahanlar Mərkəzinin məntiq qrupunun rəsmisi Maia Qabunia APA-ya açıqlamasında Gürcüstan üzrə 45 mindən çox abituriyentin imtahan vermək üçün qeydiyyatdan keçdiyini, həmçinin onların içində 1000-dən çox azərbaycanlı abituriyent olduğunu bildirib: “Bu il Gürcüstanın 21 şəhərindəki İmtahan Mərkəzlərində qəbul imtahanları keçiriləcək. Tiflis, Rustavi, Kutaisi, Batumi, Zuqdidi, Poti, Axaltsixe, Telavi, Xulo, Qori və başqa şəhərlərdə Gürcüstanda yaşayan gənc abituriyentlərin imtahan verməsi üçün hər cür şərait yaradılıb. İstər azərbaycanlı olsun, istərsə də digər azlıqların nümayəndələri Gürcüstanın ali məktəblərinə seçdikləri ixtisaslar üçün iyulun 1-dən sonra ümumi qabiliyyətdən öz ana dilində bir imtahan verdikdən sonra dövlətin dəstəyi ilə gürcü dili üzrə xüsusi təhsil proqramı əsasında dövlət dilini öyrənəcək. Onlar kredit bal topladıqdan sonra birinci kursa qəbul olacaqlar. Daha sonra abituriyentlərdən kim yüksək səviyyədə oxuyarsa, dövlətin müəyyən etdiyi 100 nəfərin siyahısına düşərsə, dörd il pulsuz təhsil alacaq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR