SOCAR gəlir-xərclər smetasında neftin qiymətini 50 dollardan planlaşdırıb

SOCAR gəlir-xərclər smetasında neftin qiymətini 50 dollardan planlaşdırıb
# 27 aprel 2016 14:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bu gün neftin qiyməti iqtisadi amillərlə tənzimlənmir”.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımov qeyd edib ki, bu gün neft 1 barrelinin qiyməti 46 dollar civarında formalaşıb: “Təbii ki, bu cür məsələlərə həm iqtisadi, həm də siyasi amillər öz təsiri göstərir. Azərbaycanın dünya bazarına təsiri o qədər də böyük deyil. Bu yaxınlarda baş tutan Doha görüşündə OPEC üzvlərinin ortaq məxrəcə gələ bilməməsi neftin qiymətinə mənfi təsir göstərdi. Lakin bundan sonra neftin qiyməti, gözlənildiyi kimi, aşağı düşmədi, əksinə artdı. Bu da onu göstərir ki, neftin qiyməti iqtisadi amillərlə tənzimlənmir".

Vitse-prezident qeyd edib ki, SOCAR bu il üzrə gəlir-xərclər smetasında neftin qiymətini 50 dollardan planlaşdırıb. "Təbii ki, neftin 1 barrelinin qiymətinin 50-60 dollar olması bizim üçün əlverişlidir", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR