Bu ilin I rübündə Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara 40 mln. manata yaxın güzəştli kredit verib

Bu ilin I rübündə Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara 40 mln. manata yaxın güzəştli kredit verib
# 18 may 2016 07:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 321 layihənin icrası üçün 39 mln. 710,5 min manat məbləğində güzəştli kredit verilib.

SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 314 layihənin icrasına ayrılan 2 mln. 625,5 min manat kiçik həcmli kreditləri, 1 layihənin icrasına verilən 100 min manat orta həcmli krediti, 6 layihənin həyata keçirilməsinə ayrılan 36 mln. 985 min manat isə böyük həcmli kreditləri əhatə edib.

Cari ilin I rübündə sahibkarlara ayrılan 3 mln. 154 min manat müxtəlif sənaye məhsullarının istehsalı və emalına (6 layihə), 11 mln. 985 min manat kənd təsərrüfatı məhsullarının emalına (2 layihə), 24 mln. 571,5 min manat kənd təsərrüfatı məhsullarının istehsalına (313 layihə) yönəldilib.

Ümumiyyətlə, SKMF tərəfindən cari ilin yanvar-mart aylarında layihələrin icrasına ayrılan güzəştli kreditlər hesabına 584 yeni iş yerinin yaradılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR