Rusiya KİV: Rusiya-Yunanıstan-İtaliya qaz layihəsinin TAP-ın bir hissəsi olacağı ehtimal olunur

Rusiya KİV: Rusiya-Yunanıstan-İtaliya qaz layihəsinin TAP-ın bir hissəsi olacağı ehtimal olunur
# 27 may 2016 08:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün Rusiya prezidenti Vladimir Putin Yunanıstana səfər edəcək və səfər çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopulos və baş nazir Aleksis Siprasla görüşəcək.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər və energetika sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr olacaq.

Cari ilin əvvəlində “Qazprom”, yunan şirkəti DEPA və İtaliyanın “Edison” şirkəti arasında Rusiya qazının üçüncü ölkədən keçməklə Yunanıstan və İtaliyaya nəql olunması ilə bağlı müqavilə imzalanıb: “Ehtimal olunur ki, Rusiya-Yunanıstan-İtaliya qaz layihəsi Trans-Adriatik Boru Kəmərinin (TAP) bir hissəsi olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR