Türkiyənin müdafiə naziri Azərbaycana səfərə gəlib

Türkiyənin müdafiə naziri  Azərbaycana səfərə gəlib
# 15 may 2016 06:37 (UTC +04:00)

Bakı-APA. Türkiyənin müdafiə naziri İsmət Yılmaz Azərbaycana səfərə gəlib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 14-də günün ikinci yarısında Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR