İranın Milli neft-kimya kommersiya şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir

İranın Milli neft-kimya kommersiya şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir
# 13 may 2016 14:02 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. "İran Azərbaycana neft-kimya məhsullarını ixrac etmək məqsədi ilə yeni gəmi xəttinin açılmasında maraqlıdır və buna hazırdır". Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Milli neft-kimya kommersiya şirkətinin baş direktoru Mehdi Şərifi Niknəfs deyib.

"Azərbaycan və İran arasındakı ticarət əlaqələrinin gələcəkdə müsbət yöndə inkişaf edəcəyi gözlənilir. Azərbaycanlı istehsalçıların xərclərini azaltmaq məqsədi ilə İran Azərbaycana neft-kimya məhsullarını ixrac etmək üçün gəmi xəttini istifadəyə verməyə, hətta gəmi almağa da hazırdır", - deyə şirkət rəhbəri qeyd edib.

O deyib ki, İranın Milli neft-kimya kommersiya şirkəti Azərbaycanda öz nümayəndəliyini aça bilər: "Bununla, azərbaycanlı sahibkarlar və onların rəhbərlik etdiyi şirkətlər neft məhsullarına olan tələbatını bu ofis vasitəsi ilə təmin edə bilərlər. Bu, neft məhsullarını daha aşağı qiymətə əldə etməyə imkan verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR