Marneulidə yeni poçt şöbəsi açılıb

Marneulidə yeni poçt şöbəsi açılıb
# 14 may 2016 00:20 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə yeni poçt xidməti şöbəsi açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılışda Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini David Xutsişvili, Marneuli rayon icra başçısı Merab Topçişvili, onun müavini Kamandar İsmayılov, rayon bələdiyyə sədri Nəbi Abdullayev və Gürcüstan Poçtunun baş direktoru Levan Çikvadze iştirak edib.

Tədbirdə yeni açılan poçt şöbəsində 12 yerli sakin iş ilə təmin olunacağı bildirilib. Yeni poçt şöbəsi müasir mebel və texnika ilə təchiz edilib.

Poçtda müştərilərə müasir standartlara uyğun, müxtəlif növ təkmilləşdirilmiş xidmət göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR