Macarıstan səfiri Lənkəranda olub

Macarıstan səfiri Lənkəranda olub
# 24 may 2016 15:42 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski tanışlıq məqsədilə Lənkəranda iki günlük səfərdə olub.

APA-nın cənub bürosunun məlumatına görə, səfər proqramı çərçivəsində diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Qəbul zamanı Macarıstan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrindən razılıq ifadə olunmaqla, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Lənkəran rayonunun sosial-iqtisadi inkişafı və mədəni həyatı barədə qonağa ətraflı məlumat verən icra başçısı rayonda macarıstanlı iş adamları ilə əməkdaşlığın qurulmasının faydalı olacağını qeyd edib.

Səfir Azərbaycanla Macarıstan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində qarşılıqlı səfərlərin çox əhəmiyyətli olduğunu önə çəkərək Lənkəranın Macarıstanın istənilən şəhəri ilə qardaşlaşma əlaqələrinin qurulmasını təklif edib.

Səfər zamanı səfir həmçinin Lənkəran Dövlət Universitetində olub, şəhər Gənclər Mərkəzində bir qrup iş adamı ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR