Ağdaşda yük və minik avtomobilləri toqquşub, dörd nəfər xəsarət alıb

Ağdaşda yük və minik avtomobilləri toqquşub, dörd nəfər xəsarət alıb
# 12 may 2016 09:01 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, “VAZ 2106” markalı minik avtomobili “KaMAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı Ləki qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Bağırov Alim Rizvan oğlu, 1987-ci il təvəllüdlü Xəlilov Ayaz Tapdıq oğlu, 1995-ci il təvəllüdlü Bağırov Ümid Rizvan oğlu, 1981-ci il təvəllüdlü Hüseynova Səfa Feyruz qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR