Dövlət Gömrük Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edəcək
# 23 may 2016 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev mayın 27-də saat 11:00-da Qobustan şəhərində Gənclər Evində (Təzə məhəllə) bu bölgədən olan vətəndaşları qəbul edəcək.


Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Qobustan, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 26-sı saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR