Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 May

<b>Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 May</b>
# 18 may 2016 18:09 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ
200 minə yaxın insanı bircə qərarla min illər yaşadığı torpaqlardan sürgün etmək... Qadın, uşaq, qoca demədən on minlərlə insanı şaxtalarda, ağır tikinti işlərində qul kimi işlətmək... Sovet İttifaqının tarix qarşısında törətdiyi ən ağır cinayətlərdən birinin ildönümüdür. Krım türklərinin deportasiyasından 72 il ötür... Tək günahları türk olmaqları idi... Stalin Krım türklərinin kütləvi şəkildə əsir düşməsini, əlinə silah alaraq sovetlərə qarşı döyüşməsini guya həzm edə bilmədi, türklərə qarşı nifrətini başsız qalan qadın, uşaq və qocalardan çıxdı... Guya... Çünki məsələnin mahiyyəti təqdim olunduğu kimi CC tatar diviziyalarının yaradılmasında deyildi... Almanlar əsirlərdən etnik və coğrafi amillərə əsaslanaraq çoxlu sayda belə diviziyalar yaratmışdı, CC diviziyalarının tərkibində erməni və gürcü legionları da vardı... Amma gürcülər Gürcüstandan, ermənilər Ermənistandan deportasiya olunmadılar... Ermənistandan azərbaycanlılar, Gürcüstandan Axıska türkləri sürgün edildilər...
Bu gün Krım türklərinin qələminin qırılan günüdür... Müharibədən sonra boşalan yurdlarına ruslar, ermənilər yerləşdirildi... Eyni siyasət sonrakı sovet rəhbərlərinin dövründə də davam etdirildi... Bununla bitmədi, Krımdan türk izlərini silməyə, cinayəti unutdurmağa çalışdılar... Amma tarix bu cinayəti törədənləri bağışlamadı, SSRİ dağıldıqdan sonra bəraət alan Krım türkləri öz yurdlarının sahibi olmaq üçün illər boyu mücadilə verdilər... Problemlərinin bir hissəsi həll olunmamış yeni problemlərlə üzləşdilər... Krımın ilhaqının ən böyük zərbələrindən biri oranın aborigenlərinə - türklərə dəyib... Krım türkləri son 72 ildə olduğu kimi yenə də mücadilə verirlər... Bu dəfə sovetlərin varislərinə qarşı... Qəzanız mübarək olsun!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR