Sulutəpədə yük maşını iki piyadanı vurub, onlardan biri ölüb

Sulutəpədə yük maşını iki piyadanı vurub, onlardan biri ölüb
# 04 may 2016 09:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsinin ərazisində qeydə alınıb. Mikayıl Məmmədov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə yolu keçən piyadalar, Sulutəpə qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Xanmusa İsmayılov və 1996-cı il təvəllüdlü Elmixan Qədimovu vurub. X.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb. Digər piyada E.Qədimov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR