Bakı sakinini bıçaqla hədələyib avtomobilini qaçıran şəxs saxlanılıb

Bakı sakinini bıçaqla hədələyib avtomobilini qaçıran şəxs saxlanılıb
# 17 may 2016 11:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinini bıçaqla hədələyib avtomobilini qaçıran şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 16-da Xətai rayonu ərazisində Bakı şəhər sakini Sevda Rəfiyeva “Kia” markalı avtomobilinə oturarkən naməlum şəxs bıçaqla onu hədələyib həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən qeyd edilən avtomobilin həmin gün saat 21 radələrində Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Əlahiddə Çevik Polis Alayı, Yasamal rayon 29-cu və Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə avtomobil saxlanılıb, quldurluq hadisəsini törətmiş Bakı şəhər sakini Orxan Xıdırov və həmyerlisi Aleksandr Semyonov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR