“Sky News”: Bəşər Əsəd İŞİD-lə əməkdaşlıq edib

“Sky News”: Bəşər Əsəd İŞİD-lə əməkdaşlıq edib
# 03 may 2016 22:38 (UTC +04:00)

Bakı-APA. Britaniyanın “Sky News” telekanalı Suriya hakimiyyətinin İŞİD terror qruplaşmasını dəstəkləməsi barədə məlumatların əks olunduğu məxfi sənədlərin əldə etdiyini bildirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sənədlərdə qeyd olunur ki, Palmira şəhərinin azad edilməsi İŞİD və Suriya hakimiyyəti arasında əldə olunan bir neçə razılaşma əsasında həyata keçirilib. Razılaşmalar arasında neftin gübrələrə dəyişdirilməsi, əhalinin bir neçə rayondan hücumlardan əvvəl təxliyə olunması və s.

Telekanalın məlumatına görə, məxfi sənədlər İŞİD sıralarından fərarilik etmiş şəxslər tərəfindən təqdim olunub. Sənədlərdəki məlumatların doğruluğu hələlik təsdiqlənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR