Venesuela Braziliyadakı səfirini geri çağırıb

Venesuela Braziliyadakı səfirini geri çağırıb
# 14 may 2016 02:48 (UTC +04:00)

Bakı-APA. Venesuela Braziliya prezidenti Dilma Russeffin vəzifədən müvəqqəti kənarlaşdırılmasına sərt etirazını bildirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, prezident Nikolas Maduro Venesuelanın Braziliyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Venesuela prezidenti Karakasda səfir Alberto Kastelarla görüşərək Braziliyadakı vəziyyəti müzakirə edib. “Braziliyadakı impiçment prosesi ölkənin ilk qadın prezidentinə qarşı aparılan şərəfsiz bir oyundur”, deyə N.Maduro bildirib.

Qeyd edək ki, Kuba və Ekvador hökumətləri də D.Russeffə dəstək göstəriblər.

Braziliya Senatı ölkə prezidenti Dilma Russeffi müvəqqəti vəzifədən uzaqlaşdırıb. O, vergi pozuntuları və təkrar seçilmək üçün dövlət vəsaitindən istifadədə təqsirləndirilir. 2011-ci ildən ölkəyə rəhbərlik edən Russeffin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR