Bakıda mənzildən 16 min manat və xeyli miqdarda qızıl oğurlanıb

Bakıda mənzildən 16 min manat və xeyli miqdarda qızıl oğurlanıb
# 06 iyun 2016 14:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Tünzalə Nəhmətovanın evinə pəncərədən daxil olan naməlum şəxs və ya şəxslər 16 min manat pul və xeyli miqdarda qızıl-zinət əşyaları aparıblar.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR