Saakaşvili Gürcüstandakı seçki kampaniyasında fəal iştirak edəcəyini açıqlayıb

Saakaşvili Gürcüstandakı seçki kampaniyasında fəal iştirak edəcəyini açıqlayıb
# 25 may 2016 09:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vətənində keçiriləcək parlament seçkiləri ilə bağlı kampaniyaya aktiv şəkildə qoşulmaq niyyətində olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə o, “Rustavi-2” telekanalına müsahibəsində deyib.

Hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan M. Saakaşvili Vahid Milli Hərəkat Partiyasına rəhbərik etməkdə davam etdiyini söyləyib: “Heç kəs buna şübhə etməsin və heç kəs bunu təhdid kimi qəbul etməsin, mən Gürcüstana qayıtmaq və seçkiqabağı prosesdə aktiv iştirak etmək niyyətindəyəm. Bu işi biz Ukraynada da görürük və mənim üçün hər ikisi eyni mübarizənin qanadlarıdır. Mən mübarizəni həm Gürcüstanda davam etdirəcəyəm, həm də Ukraynada. Heç kəsdə şübhə yoxdur ki, Vahid Milli Hərəkat mənim tərəfimdən yaradılmış partiyadır və bu partiyada mənim öz sözüm var. Oktyabrda keçiriləcək parlament seçkilərində bizim partiya qalib gələcək, çünki bu, qurucu partiyadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR