Bakıda daha bir adam oğurluğu faktı qeydə alınıb

Bakıda daha bir adam oğurluğu faktı qeydə alınıb
# 18 may 2016 08:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir adam oğurluğu faktı qeydə alınıb.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rizvan İsrafil oğlu Məmmədrzayev polisə ərizə ilə müraciət edərək dostu, Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Mustafa Asif oğlu Qarayevin dörd nəfər naməlum şəxs tərəfindən “VAZ-2106” markalı, 10 HE 380 dövlət nömrə nişanlı avtomobilə zorla əyləşdirilərək qaçırıldığını bildirib.

M. Qarayev bir neçə gün girov saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Daxil olan şikayət əsasında Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Sabunçu rayonunda özünü İŞİD üzvü kimi təqdim edən şəxs 8 yaşlı uşağı oğurlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR