Rusiyanın 4 aeroportunda həyəcan siqnalı elan edilib

Rusiyanın 4 aeroportunda həyəcan siqnalı elan edilib
# 09 may 2016 13:33 (UTC +04:00)

Bakı-APA. Moskvanın iki, o cümlədən Yekaterinburq və Tümenin əsas aeroportlarında həyəcan siqnalı eklan edilib.

APA-nın “Life” nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb Soçi aeroportunda uçuş xəttində təyyarəyə məxsus əylənc hissəsinin aşkarlanmasıdır.

Soçidəki həmin uçuş xəttindən qalxan təyyarələr Moskva, Yekaterinburq və Tümenə uçublar. Bu aeroportlarda bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Son məlumata görə, Yekaterinburqa uçan təyyarə artıq eniş edib və hər hansı problem üzə çıxmayıb. Həmin təyyarədə hər hansı çatışmazlıq aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR